İsrail Misiri hədələdi: "Yardım göndərsəniz, bombalayacağıq!"

10:56 11.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bombardmanların davam etdiyi Qəzzada yaşayan 2,5 milyon fələstinlinin təcili yardıma ehtiyacı var. Qida, su və enerjinin Qəzzaya girməsinə icazə verməyən İsrail humanitar yardımların bölgəyə çatmasına icazə vermir.

Hafta.az-ın İsrail mətbuatına istinadən yazdığına görə, Təl Əviv rəhbərliyi Qəzzaya humanitar yardım göndərəcəyi təqdirdə şiddətli cavab veriləcəyinə dair Misiri xəbərdar edib. Bildirilib ki, Qəzzaya humanitar yardım göndərəcəkləri təqdirdə bütün yardım maşınlarını bombalayacaqlar.

Xatırladaq ki, bu gün Misir Qəzzanın dünyaya yeganə çıxış nöqtəsi olan Rəfah Sərhəd Qapısını bağlamaq qərarına gəlib.